Bank Of Baku

Rövşən Mustafayev erməni terrorizminə dair tədqiqatlarına görə AMEA-nın Fəxri Fərmanı ilə təltif olunub

Rövşən Mustafayev erməni terrorizminə dair tədqiqatlarına görə AMEA-nın Fəxri Fərmanı ilə təltif olunub
# 18 oktyabr 2008 00:30 (UTC +04:00)
Bakı. Laura Cəbrayıllı-APA. Bu gün professor Rövşən Mustafayev erməni terrorizmi haqqında Azərbaycan, Rusiya, Ukrayna, Gürcüstan, Türkiyə və İsraildə müxtəlif dillərdə nəşr edilmiş 10-dan çox kitab və 100-dən çox məqalələrinə görə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin Fəxri Fərmanı ilə təltif olunub. Bu barədə APA-ya AMEA-nın İnsan Hüquqları İnstitutundan məlumat verilib. Ermənistan-Azərbaycan və Dağlıq Qarabağ münaqişəsi, bədnam “erməni soyqırımı” ilə bağlı tədqiqat aparan alimin İsraildə ivrit və ingilis dillərində böyük tirajla nəşr edilən “Ölüm marşı” kitabı müxtəlif beynəlxalq təşkilatlara paylanıb.
R. Mustafayev bu il həm də erməni terrorçu birləşmələrin azərbaycanlı və türklərlə yanaşı, digər xalqların nümayəndələrinə qarşı apardıqları etnik təmizləmə və soyqırım siyasətinin dünyaya çatdırılmasında və regionda birgə yaşayış prinsiplərinin öyrənilməsindəki xidmətlərinə görə Gürcüstanın Gelati Akademiyasının həqiqi üzvü seçilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR