Bank Of Baku

Azərbaycanda Beynəlxalq Kulinariya Günü qeyd olunub

Azərbaycanda Beynəlxalq Kulinariya Günü qeyd olunub
# 17 oktyabr 2008 11:18 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Bu gün Beynəlxalq Kulinariya Günüdür. APA-nın məlumatına görə, bu münasibətlə Bakıda kulinariya incəsənəti nümunələri, milli kulinariya komandasının üzvlərinin əl işləri sərgilənib. Tədbirdə qida sərgisi ilə yanaşı, Azərbaycanın mətbəx rəqsləri nümayiş etdirilib. Azərbaycan Milli Kulinariya Mərkəzinin rəhbəri Tahir Əmiraslanov bu günlərdə Yunanıstanın Krit adasında keçirilmiş “Həyatın dadı” adlı III Beynəlxalq Kulinariya yarışına qatıldıqlarını bildirib: “Yarışda 3 nəfərdən ibarət Azərbaycan milli komandası iştirak etdi. 7 fərdi sinif yarışmasında iştirak edən komandamız 1 qızıl, 2 gümüş və 1 bürünc medal qazandı. Azərbaycandan apardığımız ərzaqlarla iştirak etdiyimiz bu yarışmada 4 medal qazanmağımızı böyük nailiyyət hesab edirik”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR