Bank Of Baku

Azərbaycanın fəxri adlara layiq görülən təhsil işçilərinə mükafatlar təqdim edilib

Azərbaycanın fəxri adlara layiq görülən təhsil işçilərinə mükafatlar təqdim edilib
# 17 oktyabr 2008 11:20 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva-APA. Bu gün Bakı şəhəri 20 saylı orta məktəbdə Azərbaycanın təhsil naziri Misir Mərdanov ölkə prezidentinin sərəncamı ilə fəxri adlara layiq görülən bir qrup təhsil işçisinə mükafatları təqdim edib. APA-nın məlumatına görə, müəllimləri mükafatlandırmadan əvvəl çıxış edən M. Mərdanov bildirib ki, son 10 il ərzində Azərbaycan müəllimlərinin üç qurultayı keçirilib. Ötən dərs ilində respublikanın 50 ən yaxşı məktəbinin, 100 ən yaxşı müəlliminin müəyyənləşdirilməsi üçün müsabiqə elan edilib. Yeni dərs ilində bu işi davam etdirəcəklərini deyən nazir bu il müəllim və məktəblərdən daha çox fəallıq göstərdiyini açıqlayıb.

M. Mərdanov qeyd edib ki, bu tədris ilində orta təhsil sahəsində baş verən ən əsas yenilik respublikanın bütün orta məktəblərinin birinci siniflərində tədrisin yeni kurrikulumun əsasında təşkil edilməsidir: “İbtidai siniflər üçün hazırlanan kurrikulum bu yaxınlarda məktəblərə çatdırılacaq. Ancaq həm də bu işə görə narahatam, çünki bu gün Azərbaycanın paytaxtı olan Bakıda elə məktəb direktorları var ki, bu sənəddən xəbərləri yoxdur. Bu da ondan irəli gəlir ki, mətbuatı, təhsildə gedən prosesləri izləmirlər”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR