Bank Of Baku

Azərbaycanda 11-ci sinif şagirdləri üçün buraxılış imtahanları bu ildən mərkəzləşdirilmiş qaydada testlə keçiriləcək

Azərbaycanda 11-ci sinif şagirdləri üçün buraxılış imtahanları bu ildən mərkəzləşdirilmiş qaydada testlə keçiriləcək
# 17 oktyabr 2008 11:30 (UTC +04:00)
APA-nın məlumatına görə, bu barədə Azərbaycanın təhsil naziri Misir Mərdanov bildirib. Nazirin sözlərinə görə, bununla əlaqədar oktyabrın 20-dən başlayaraq, Təhsil Nazirliyinin bir qrup əməkdaşı buraxılış sinfi olan məktəblərdə 11-ci sinif şagirdləri və müəllimlər üçün treninq keçmək məqsədi ilə rayonlara ezam olunacaq.

M. Mərdanov bildirib ki, bu il buraxılış sinifləri üçün sınaq imtahanları bir dəfə keçiriləcək. Həmin imtahanların mart-aprel aylarında təşkil edilməsi nəzərdə tutulur. Sınaq imtahanlarının keçirilməsi üçün Azərbaycan beş bölgəyə bölünəcək və sınaq imtahanı hər bir bölgənin mərkəzində keçiriləcək.

İmtahanların nəticəsi elə həmin gün açıqlanacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR