Bank Of Baku

Babək rayonunda əmək yarmarkası keçirilib

Babək rayonunda əmək yarmarkası keçirilib
# 17 oktyabr 2008 12:44 (UTC +04:00)
Naxçıvan. C. Qurbanoğlu-APA. Naxçıvan Muxtar Respublikasında (MR) əmək yarmarkalarının keçirilməsinə başlanılıb. Naxçıvan MR Məşğulluq İdarəsinin rəisi Sevindik Vəliyevin APA-nın yerli bürosuna verdiyi məlumata görə, rayon mərkəzində təşkil olunan yarmarkada 14 müəssisə və təşkilatdan 117 boş iş yeri təqdim olunub. İndiyədək 29 nəfər vətəndaş daimi işlə təmin olunub, 2 nəfər isə kvota yerinə göndərilib.
S. Vəliyev onu da bildirib ki, şəhər və rayon məşğulluq mərkəzlərinin xətti ilə keçirilən belə yarmarkalar noyabr ayının ortalarınadək regionun bütün bölgələrini əhatə edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR