Bank Of Baku

ABŞ-da təhsil alan 10 azərbaycanlı tələbə prezident təqaüdü alacaq

ABŞ-da təhsil alan 10 azərbaycanlı tələbə prezident təqaüdü alacaq
# 17 oktyabr 2008 13:16 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA. Azərbaycanlı gənclərin xarici ölkələrdə təhsil alması ilə bağlı dövlət proqramı çərçivəsində son iki il ərzində 200-dən çox azərbaycanlı tələbə təhsil almaq üçün xarici ölkələrə göndərilib. APA-nın məlumatına görə, Azərbaycanın təhsil naziri Misir Mərdanov həmin tələbələrin Fransa, Böyük Britaniya, Almaniya və digər ölkələrin ali təhsil müəssisələrində təhsil aldıqlarını deyib. O bildirib ki, ABŞ-da oxuyan 10 tələbəyə gələn il prezident təqaüdü veriləcək.

Nazir orta məktəblərin kompüterləşməsi proqramının birinci mərhələsinin yekunlaşdığını da açıqlayıb: “Artıq icrasına başladığımız ikinci proqramda müəllimlərin treninq keçməsinə daha ciddi fikir verəcəyik. Növbəti addımımız isə məktəblərin sürətli internetə qoşulması olacaq”.

M. Mərdanovun sözlərinə görə, məktəblərin istilik sistemi ilə təmin olunması üçün “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyəti ilə iş aparılır. O bildirib ki, bu il Bakı şəhərində istilik sistemi ilə təmin edilmiş təhsil müəssisələrinin sayı ötən ildəkindən xeyli çox olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR