Bank Of Baku

Bu ilin sonunadək Azərbaycanın bütün uşaq tibb müəssisələri elektron kart sistemi ilə əhatə olunacaq

Bu ilin sonunadək Azərbaycanın bütün uşaq tibb müəssisələri elektron kart sistemi ilə əhatə olunacaq
# 17 oktyabr 2008 13:27 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva-APA. Azərbaycanın bütün uşaq tibb müəssisələri bu ilin sonunadək elektron kart sistemi ilə əhatə olunacaq. APA-nın məlumatına görə, bunu Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyev deyib. Nazir bildirib ki, uşaqlar üçün nəzərdə tutulan sağlamlıq kartlarının paylanması davam etdirilir. Bu kartlarda körpələr haqqında bütün əhəmiyyətli informasiyalar toplanır. Uşağın hansı tibb müəssisəsində - doğum evi, poliklinika, xəstəxanada olmasından asılı olmayaraq, onun xəstəlikləri, genetik problemləri, müayinələrinin nəticələri, peyvəndləri və s. barədə məlumatlar bu kartlara qeyd edilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR