Bank Of Baku

Azərbaycan Dövlət Sosial Müdafiə Fondu yanvar-sentyabr aylarında sosial sığorta haqları üzrə gəlirlərini 31% artırıb

Azərbaycan Dövlət Sosial Müdafiə Fondu yanvar-sentyabr aylarında sosial sığorta haqları üzrə gəlirlərini 31% artırıb
# 17 oktyabr 2008 14:29 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sosial sığorta haqları üzrə gəlirləri 2008-ci ilin yanvar-sentyabr aylarında 2007-ci ilin müvafiq dövrünə nisbətən 31% artaraq 623 mln. manata çatıb. «APA-Economics»in məlumatına görə, bunu DSMF sədri Səlim Müslümov bildirib.
Fonda daxil olan sığorta haqlarının 59%-i qeyri-büdcə təşkilatlarının payına düşür. Bu təşkilatlardan daxilolmalar həmin dövrə nisbətən 29%, fiziki şəxslərdən daxilolmalar 78%, torpaq mülkiyyətçiləri üzrə isə 95% artıb.
S.Müslümovun sözlərinə görə, yeni iş yerlərinin yaradılması və sahibkarlıq fəaliyyəti subyektlərinin «bir pəncərə» prinsipi əsasında qeydiyyatının təşkili nəticəsində qeydə alınan sığortaolunanların sayı cari ilin ilk 6 ayı ərzində 75 min nəfər artıb. Hazırda Azərbaycanda sığortaolunanların sayı 1,8 mln. nəfərdən çoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR