Bank Of Baku

Bakıda “İslam bölgəsi fəlsəfəsinin dünya fəlsəfə sistemində tədqiqi və tədrisi problemləri” mövzusunda beynəlxalq konfrans keçiriləcək

Bakıda “İslam bölgəsi fəlsəfəsinin dünya fəlsəfə sistemində tədqiqi və tədrisi problemləri” mövzusunda beynəlxalq konfrans keçiriləcək
# 17 oktyabr 2008 15:16 (UTC +04:00)
Bakı. Laura Cəbrayıllı-APA. Bakıda noyabrın 28-də “İslam bölgəsi fəlsəfəsinin dünya fəlsəfə sistemində tədqiqi və tədrisi problemləri ” mövzusunda beynəlxalq konfrans keçiriləcək. Konfrans UNESKO-nun dəstəyi ilə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutu tərəfindən təşkil olunacaq. Bu barədə APA-ya institutun fəlsəfə və ictimai fikir tarixi şöbəsinin müdiri Zümrüd Quluzadə məlumat verib. O bildirib ki, konfransda Rusiya, Türkiyə, İran və digər ölkələrin alim və mütəxəssisləri iştirak edəcək. İslam bölgəsi fəlsəfəsinin dünya miqyasında tədrisi və tədqiqi səviyyəsi ilə yanaşı, toplantıda müasir fəlsəfənin aktual problemləri, qədim əlyazmaların oxunması və nəşri məsələləri ətrafında fikir mübadiləsi aparılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR