Bank Of Baku

“Azərbaycan fəlsəfə tarixi”nin II cildi çapdan çıxıb

“Azərbaycan fəlsəfə tarixi”nin II cildi çapdan çıxıb
# 17 oktyabr 2008 15:32 (UTC +04:00)
Bakı. Laura Cəbrayıllı-APA. Dörd cilddə nəşri nəzərdə tutulan “Azərbaycan fəlsəfə tarixi”nin II cildi çapdan çıxıb. Bu barədə APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutunun fəlsəfə və ictimai fikir tarixi şöbəsindən məlumat verilib. Nəşrin I cildində ən qədim dövrdən XIII əsrə, II cilddə isə XIII-XVIII əsrlərdə Azərbaycan fəlsəfə tarixi əks olunub. Kitabların məsul redaktoru fəlsəfə elmləri doktoru Zümrüd Quluzadədir. Professor İzzət Rüstəmovun məsul redaktorluğu ilə nəşr ediləcək III cilddə XIX əsrin, IV cilddə isə XX əsrin milli fəlsəfə tarixindən bəhs olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR