Bank Of Baku

“Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktının qəbul edilməsi və prezident seçkilərinin nəticələrinə həsr olunan tədbir keçirib

“Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktının qəbul edilməsi və prezident seçkilərinin nəticələrinə həsr olunan tədbir keçirib
# 17 oktyabr 2008 16:03 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Bu gün “Təkan” Tələbə Gənclərin İctimai Birliyi “Odlar Yurdu” Universitetinin Tələbə-gənclər təşkilatı ilə birgə 18 oktyabr “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktının qəbul edilməsi və prezident seçkilərində Yeni Azərbaycan Partiyasının namizədinin qalib gəlməsi münasibəti ilə tədbir keçirib. Birlikdən APA-ya verilən məlumata görə, tədbirdə İstiqlal Bəyannaməsi qəbul olunana qədər Azərbaycan xalqının müstəqillik uğrunda apardığı mübarizəyə diqqət yönəldilib, həmin vaxt ölkədəki ictimai-siyasi proseslər haqda çıxışlar olub. Yığıncaqda müstəqilliyin qorunmasının vacibliyi və bu məsələ də gənclərin üzərinə düşən məsuliyyətdən də danışılıb. Tədbirdə eyni zamanda 15 oktyabrda keçirilən prezident seçkisində YAP-ın namizədinin qalib gəlməsi, İlham Əliyevin müstəqilliyimizin qorunması, o cümlədən gücləndirilməsi istiqamətindəki roluna da toxunulub.
Sonda isə Heydər Əliyevin müstəqilliyin qorunmasındakı rolunu əks etdirən sənədli film nümayiş etdirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR