Bank Of Baku

Şərur rayonu ərazisində aparılan arxeoloji qazıntılar zamanı kişi skeleti tapılıb

Şərur rayonu ərazisində aparılan arxeoloji qazıntılar zamanı kişi skeleti tapılıb
# 18 oktyabr 2008 10:32 (UTC +04:00)
Naxçıvan. C. Qurbanoğlu – APA. Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Şahtaxtı kəndi ərazisində arxeoloji qazıntılar zamanı kişi skeleti tapılıb. AMEA-nın Naxçıvan bölməsindən APA-nın yerli bürosuna verilən məlumata görə, Govurqala yaşayış yerinin mərkəzi hissəsindəki 25 kvadratmetrlik ərazidə aparılmış qazıntılar zamanı tikinti qalıqlarının içəri hissəsində 2,2 metr dərinlikdə təxminən 35-40 yaşlarında, boyu 2,1 metr olan, sol böyrü üstündə, ayaqları bükülü vəziyyətdə, sol qolu 30 santimetr yuxarı, sağ qolu isə qabağa uzadılmış halda skelet aşkar edilib. Skeletin baş hissəsi daşların altında qalaraq yastılaşıb, qabırğaları, bazu və çanaq sümükləri də zədələnib. Aparılan tədqiqatlar nəticəsində həmin insanın ölərkən dəfn olunmadığı müəyyənləşib. Elm ocağından bildiriblər ki, ərazidə 1979-cu ildə aparılan geniş arxeoloji qazıntılar zamanı da eyni dərinlikdə kişi və qadın skeleti aşkarlanıb. Həmin skeletlərin də üzərində zədələrin olması Govurqalada vaxtilə böyük təbii fəlakət - zəlzələ baş verdiyini sübut edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR