Bank Of Baku

Bakı və Sumqayıtda 50-dən çox məktəb direktoru kompüterdə işləməyi bacarmır

Bakı və Sumqayıtda 50-dən çox məktəb direktoru kompüterdə işləməyi bacarmır
# 18 oktyabr 2008 11:06 (UTC +04:00)
APA-nın məlumatına görə, nazir bildirib ki, Müəllimlərin İxtisasartırma İnstitutunda keçirilən treninqlərə 300-dən çox məktəb direktoru qatılıb və bu gün onların 108-nə birinci dərəcəli sertifikat təqdim edilir. İkinci və üçüncü dərəcəli sertifikatların sonra paylanılması nəzərdə tutulub. M. Mərdanov 50-dən çox məktəb direktorunun treninqlərdən keçə bilmədiyini deyib: “Sertifikat ala bilməyən direktorların vəzifədən çıxarılmasının vacib olduğunu deməzdim. Biz onların özlərini bir daha sınamasına imkan verəcəyik. Bunun üçün böyük bilik və bacarıq tələb olunmur, kompüteri sadəcə, operator səviyyəsində bilmək lazımdır”.

M. Mərdanov qeyd edib ki, yaxın günlərdə Bakı və Sumqayıtdan kənarda yerləşən orta məktəb direktorlarının da informasiya-kommunikasiya texnologiyaları bacarıqlarına yiyələnmə səviyyəsini yoxlamaq üçün addımlar atılacaq. Yaxın gələcəkdə isə bütün bölgələrdə yalnız məktəb direktorlarının deyil, onların müavinləri, sinif rəhbərləri və bütün müəllimlərin İKT bacarıqlarına yiyələnməsinə nail olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR