Bank Of Baku

Azərbaycanda müəllimlərin ixtisaslarının artırılması və təkmilləşdirilməsi ilə bağlı dövlət proqramı hazırlanır

Azərbaycanda müəllimlərin ixtisaslarının artırılması  və təkmilləşdirilməsi ilə bağlı dövlət proqramı hazırlanır
# 18 oktyabr 2008 11:16 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. Azərbaycan Təhsil Nazirliyi müəllimlərin ixtisaslarının artırılması və təkmilləşdirilməsi ilə bağlı dövlət proqramı hazırlayır. APA-nın məlumatına görə, Misir Mərdanov bildirib ki, proqram orta təhsillə yanaşı, təhsilin digər pillələrinə də aid olacaq.

Nazirin sözlərinə görə, hazırda müəllimlərin ixtisaslarının artırılması və təkmilləşdirilməsi işi pərakəndə şəkildə aparılır: “Bu istiqamət üzrə tam müəyyənləşdirilmiş siyasətimiz yoxdur. Proqram təsdiq edildikdən sonra bu işin icrasına vəsait ayrılacaq və onun həyata keçirilməsində problem yaranmayacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR