Bank Of Baku

Azərbaycan məktəblərində şagirdlərin əxlaqsız saytlara daxil olmasının qarşısı alınacaq

Azərbaycan məktəblərində şagirdlərin əxlaqsız saytlara daxil olmasının qarşısı alınacaq
# 18 oktyabr 2008 11:20 (UTC +04:00)
APA-nın məlumatına görə, təhsil naziri Misir Mərdanov deyib ki, bu il 100-dən çox məktəbə noutbuk və proyektorlar veriləcək. Nazirin sözlərinə görə, ölkə prezidentinin bu il təsdiq etdiyi “Təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı”nın icrası üçün Təhsil Nazirliyi yanında xüsusi idarə yaradılıb.

Proqram çərçivəsində DATA Mərkəz və vahid internet portal da təşkil olunacaq. M. Mərdanov bütün məktəblərin internet şəbəkəsinə həmin DATA Mərkəz vasitəsilə ilə qoşulacağını deyib. Nazir hesab edir ki, bunun nəticəsində şagirdlərin məktəblərdə təhsildən və əxlaqdan kənar saytlara daxil olmasının qarşısı alınacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR