Bank Of Baku

Oktyabrın 21-dən Azərbaycan ərazisində hava şəraiti pisləşəcək, yağışlar yağacaq

Oktyabrın 21-dən Azərbaycan ərazisində hava şəraiti pisləşəcək, yağışlar yağacaq
# 20 oktyabr 2008 09:34 (UTC +04:00)
Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktor müavini Umayra Tağıyeva APA-ya bildirib ki, bu müddətdə şimal və şərq rayonlarında yağıntıların bir qədər intensiv olacağı ehtimalı var. İntensiv yağıntılarla əlaqədar, əsasən, Böyük Qafqazın dağ çaylarından qısa müddətli daşqınların keçəcəyi gözlənilir.

Bu proses eyni zamanda küləyin güclənməsi ilə müşahidə ediləcək. Oktyabrın 21-də günün ikinci yarısında və 22-də şimal küləyinin sürəti saniyədə 15-20 metr olacaq, arabir güclənərək 23-25 metrə çatacaq. Oktyabrın 23-də küləyin sürəti zəifləyəcək.

U. Tağıyeva bildirib ki, hazırda havanın temperaturu iqlim normasından 2 dərəcə yüksəkdir. Havanın dəyişməsi nəticəsində temperatur 3-4 dərəcə enəcək. Şimal küləyinin güclənməsi ilə əlaqədar oktyabrın 22-də Bakıda havanın temperaturu 15-17 dərəcədən yüksək olmayacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR