Bank Of Baku

Azərbaycanda pensiyaçıların 87%-i pensiyasını plastik kartla alır

Azərbaycanda pensiyaçıların 87%-i pensiyasını plastik kartla alır
# 20 oktyabr 2008 10:33 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA-Economics. Azərbaycanın şəhərlərində yaşayan pensiyaçıların 100%-i, kəndlərdə yaşayan pensiyaçıların isə 70%-i pensiyalarını plastik kartlar vasitəsilə alır.
Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun (DSMF) ictimaiyyətlə əlaqələr şöbəsindən «APA-Economics»ə verilən məlumata görə, ümumilikdə pensiyaçıların 87%-nin, yəni 960 min nəfərinin pensiyasının ödənişi plastik kartlarla aparılır. Bu məqsədlə ümumilikdə 417, o cümlədən kənd və qəsəbələrdə 51 əlavə bankomat quraşdırılıb.
Fonddan bildirilib ki, müasir standartlara uyğun qurulmuş sığorta-pensiya sisteminin idarə olunmasını avtomatlaşdırmaq üçün son 5 il ərzində DSMF-nin maddi-texniki bazası tamamilə yenidən qurulub. Həmin müddətdə 57 yerli şöbənin yeni inzibati binası istifadəyə verilib, eləcə də hər bir şöbə üçün lokal şəbəkə qurulub, avtomatlaşdırılmış iş yerləri yaradılıb.
Qeyd edək ki, hazırda Azərbaycanda 1,26 mln. nəfərə yaxın pensiyaçı var. Pensiyaçılar ölkə əhalisinin 14,5%-ni təşkil edir
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR