Bank Of Baku

Gələn ay Bakıda əmək yarmarkası keçiriləcək

Gələn ay Bakıda əmək yarmarkası keçiriləcək
# 20 oktyabr 2008 10:39 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA-Economics. Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Baş Məşğulluq İdarəsi oktyabrın 31-də Gəncə və Sumqayıt şəhərlərində əmək yarmarkası keçirməyi nəzərdə tutur.
İdarədən «APA-Economics»ə verilən məlumata görə, Bakıda əmək yarmarkasının noyabrın 20-21-də keçirmək planlaşdırılır. Oktyabrın sonu, noyabrın əvvəlində isə BMİ tərəfindən Naxçıvan Muxtar Respublikasında yarmarkanın təşkili gözlənilir.
Ümumilikdə bu il respublikanın 53 şəhər və rayonunda 54 yarmarka keçirilib. Bu yarmarkalarda 1 899 müəssisə 16 894 boş iş yeri təqdim edib. Yarmarkalarda 5 104 nəfər münasib işlərə göndəriş alıb, 426 nəfər peşə hazırlığı, 340 nəfər haqqı ödənilən ictimai işlərə cəlb edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR