Bank Of Baku

Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə ilə bağı Fəaliyyət Planının icrasına hökumət nəzarətinin alternativ monitorinqi keçiriləcək

Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə ilə bağı Fəaliyyət  Planının  icrasına hökumət nəzarətinin alternativ monitorinqi keçiriləcək
# 20 oktyabr 2008 13:33 (UTC +04:00)
Bakı. Laura Cəbrayıllı-APA. “Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya” və “Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı”nın II və VI bölmələrində əks olunan fəaliyyətlərin alternativ monitorinqi keçiriləcək. Bu barədə APA-ya Avrasiya Hüquqşünaslar Assosiasiyasının sədri Nadir Adilov məlumat verib. O bildirib ki, nəticələrə uyğun olaraq yekun monitorinq hesabatı və tövsiyələr hazırlanacaq. Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası, Azərbaycan Gənc Hüquqşünaslar Birliyi, Avrasiya Hüquqşünaslar Assosiasiyası və Azərbaycan Hüquqşünaslar Konfederasiyasından ibarət QHT Koalisiyası “Şəffaflığın artırılması və Korrupsiyaya qarşı mübarizə ilə bağı Fəaliyyət Planının icrasına hökumət nəzarətinin alternativ monitorinqinin keçirilməsi” adlı layihənin icrası dövründə müvafiq dövlət qurumları ilə əməkdaşlıq edəcək. ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) vəsaiti ilə Counterpart International təşkilatının maliyyələşdirdiyi layihə bir il müddətində korrupsiyaya qarşı səmərəli mübarizənin təşkilinə yardım etmək məqsədi ilə həyata keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR