Bank Of Baku

Malayziya hökuməti növbəti dərs il üçün təqaüd proqramları elan edib

Malayziya hökuməti növbəti dərs il üçün təqaüd proqramları elan edib
# 20 oktyabr 2008 13:59 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva –APA. Malayziya hökuməti beynəlxalq tələbələr üçün Malayziya Texniki Əməkdaşlıq Proqramı çərçivəsində üç təqaüd proqramı elan edib. Azərbaycan Təhsil Nazirliyindən APA-ya verilən məlumata görə, proqramlar 2009-2010-cu tədris ili üçün nəzərdə tutulur.

Aspirantlar üçün Malayziya Texniki Əməkdaşlıq Proqramı, Malayziyada bakalavr təhsili üzrə Malayziya Beynəlxalq və Birlik təqaüdləri çərçivəsində aspirantlar üçün tədris müddəti 36 ay, magistrlər üçün 12 aydan 24 aya kimi olacaq. Təqaüd proqramına 45 yaşa kimi namizədlər müraciət edə bilərlər.

Malayziya Texniki Əməkdaşlıq Proqramının iştirakçılarının təhsil, yaşayış, beynəlxalq nəqliyyat xərcləri qəbul edən tərəf hesabına ödəniləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR