Bank Of Baku

Dövlət qulluğuna qəbulla bağlı elan edilən müsabiqəyə yekun vurulub

Dövlət qulluğuna qəbulla bağlı elan edilən müsabiqəyə yekun vurulub
# 20 oktyabr 2008 15:45 (UTC +04:00)
Bakı. Laura Cəbrayıllı - APA. Azərbaycan prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən bu il sentyabrın 11-də dövlət qulluğuna qəbulla bağlı elan edilən müsabiqəyə sənəd qəbulu başa çatıb. Komissiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, 33 dövlət orqanı üzrə 601 vakant dövlət qulluğu vəzifəsinə qeydə alınan 2338 namizədin 574-ü (24,6%) qadın, 1764-ü (75,4%) isə kişidir. Ən çox namizəd İqtisadi İnkişaf Nazirliyi (49 yerə 401 namizəd), Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (88 yerə 181 namizəd), Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi (57 yerə 168 namizəd), Təhsil Nazirliyi (58 yerə 168 namizəd) və Dövlət Miqrasiya Xidmətinə (9 yerə 159 namizəd) qeydə alınıb. Namizədlər gələn ayın ilk ongünlüyündə test imtahanından, sonra isə müsahibədən keçəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR