Bank Of Baku

Azərbaycanın təhsil naziri Bakı Maliyyə Kollecində baş verən qətl hadisəsinə münasibət bildirib

Azərbaycanın təhsil naziri Bakı Maliyyə Kollecində baş verən qətl hadisəsinə münasibət bildirib
# 21 oktyabr 2008 09:29 (UTC +04:00)
APA-nın məlumatına görə, bu sözləri Azərbaycanın təhsil naziri Misir Mərdanov Bakı Maliyyə Kollecində dünən baş verən qətl hadisəsinə münasibət bildirərkən deyib. Bu hadisəni Azərbaycan təhsili üçün çox mənfi hadisə kimi qiymətləndirən nazirin sözlərinə görə, hadisə ilə bağlı dəqiq araşdırma aparıb: “Dünən bütün günü bu məsələ ilə məşğul olmuşam. Həmin tələbənin təhsil aldığı orta məktəbin direktoru, kollecin rəhbəri ilə görüşmüşəm. O uşağın kolleclə bağlı heç bir problemi, yəni akademik borcu olmayıb. Hazırda da imtahan dövrü deyil. Ona görə də rüşvət motivi istisna olunur”.

Qeyd edək ki, oktyabrın 20-də saat 11:00 radələrində Bakı Maliyyə Kollecində təhsil alan Bakı şəhər sakini, 1989-cu il təvəllüdlü Fərhad Elşən oğlu Məmmədov kollecin maliyyə-vergi şöbəsinin müdiri, 1943-cü il təvəllüdlü Sabir Musa oğlu Xuduyevi bıçaqla qətlə yetirib. Fərhad Məmmədov artıq saxlanılıb. Hazırda Xətai rayon Polis İdarəsi və rayon prokurorluğunun istintaq qrupu araşdırma aparır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR