Bank Of Baku

Azərbaycanda HİV-ə yoluxanların sayı 1708 nəfərə çatıb

Azərbaycanda HİV-ə yoluxanların sayı 1708 nəfərə çatıb
# 23 oktyabr 2008 14:18 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva-APA. Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanda 329 yeni HİV-ə yoluxma faktı aşkarlanıb. Azərbaycan Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzindən APA-ya verilən məlumata görə, onlardan 321-i (97,6%) Azərbaycan, 8 nəfəri (2,4%) əcnəbi vətəndaşdır. Qeydiyyata alınmış 321 Azərbaycan vətəndaşından 256-sı (79,8%) kişi, 65-i (20,2%) qadındır. Bu dövr ərzində AİDS mərhələsinə keçən Azərbaycan vətəndaşlarının sayı 21 nəfər, AİDS-dən dünyasını dəyişmiş vətəndaşların sayı 35 nəfər olub.
Bu il ərzində HİV infeksiyası təsdiq olunmuş Azərbaycan vətəndaşlarının 191-i (59,5%) inyeksion narkotik istifadəsi, 67-i (20,9%) heteroseksual əlaqə nəticəsində, 2 uşaq (0,6%) anadan, 1 nəfər (0,3%) homoseksual əlaqə nəticəsində yoluxub. 60 nəfərin (18,7%) yoluxma yolu müəyyənləşməyib.
Hesabat dövründə HİV-ə yoluxmuş 321 Azərbaycan vətəndaşının 46-ı (14,3%) bu virusa respublikadan kənarda yoluxub.
Ümumilikdə Azərbaycanda ilk dəfə HİV infeksiyasının aşkar edildiyi 1987-ci ildən 2008-ci il oktyabrın 1-dək Respublika QİÇS-lə Mübarizə Mərkəzində HİV infeksiyasına yoluxmuş 1708 nəfər qeydiyyata götürülüb. Onlardan 1639 nəfəri (96%) Azərbaycan vətəndaşı, 69 nəfəri (4%) isə əcnəbidır. HİV-ə yoluxmuş Azərbaycan vətəndaşlarından 1371-i (83,6%) kişi, 268-i (16,4%) qadındır. AİDS mərhələsində olan Azərbaycan vətəndaşlarının sayı 315 nəfər, AİDS-dən dünyasını dəyişmiş vətəndaşların sayı 230 nəfər olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR