Bank Of Baku

Dövlət Baytarlıq Xidmətində epizootik tədbirlərin nəticələri müzakirə olunub

Dövlət Baytarlıq Xidmətində epizootik tədbirlərin nəticələri müzakirə olunub
# 24 oktyabr 2008 11:22 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva-APA. Oktyabrın 20-dən 24-dək Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətində epizootik tədbirlərin nəzarəti rəqəmlərinin müəyyənləşdirilməsi komissiyası 2008-ci ilin 9 aylıq tədbirlər planının rayon (şəhər) baytarlıq idarələri tərəfindən yerinə yetirilməsi və 2009-cu il üçün yerlərdə aparılacaq epizootik tədbirlərin nəzarəti rəqəmlərinin müəyyənləşdirilməsini həyata keçirib. Dövlət Baytarlıq Xidmətindən APA-ya verilən məlumata görə, komissiyada adıçəkilən məsələlərə baxıldıqdan sonra nəticələr müzakirə olunub. Tədbirdə baytarlıq idarələrinin daha məsuliyyətlə işləməsi, profilaktiki tədbirlərin təlimata uyğun aparılması, yerlərdə bioloji preparatların tələb olunan şəraitdə saxlanılmasına xüsusi diqqət yetirməsi tövsiyə olunub, eləcə də ölkədə dabaq, qarayara, quduzluq və digər bu kimi xəstəliklərə qarşı mübarizənin aparılmasına diqqətin göstərilməsi tapşırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR