Bank Of Baku

Gəncədə ekoloji problemlər müzakirə olunub

Gəncədə ekoloji problemlər müzakirə olunub
# 24 oktyabr 2008 22:30 (UTC +04:00)
Gəncə. Nəzakət Məşədiəliqızı-APA. Gəncədə “Eko-Renesans” İctimai Birliyinin təşəbbüsü ilə ekoloji mövzuların işıqlandırılmasında etik normaların gözlənilməsi mövzusunda seminar keçirilib. APA-nın qərb bürosunun xəbərinə görə, tədbirdə bildirilib ki, respublikamızda ekoloji etik normaların qorunması ilə bağlı qanunvericilik bazası təkmilləşib. O da qeyd olunub ki, KİV-də ayrı-ayrı sahələr üzrə hadisələrin işıqlandırılmasında, etik normalara riayət olunmasında problemlər mövcuddur.
Qeyd edək ki, İctimai Birlik tərəfindən respublikanın ekologiyasının qorunması və öyrənilməsi ilə bağlı «Yaşıl paket» adlı dərs vəsaiti dərc olunub. Dərs vəsaiti 877 məktəbə paylanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR