Bank Of Baku

Balakən Meşə Müəssisəsinin direktoru və daha beş işçisi işdən çıxarılıb

Balakən Meşə Müəssisəsinin direktoru və daha beş işçisi işdən çıxarılıb
# 24 oktyabr 2008 12:44 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA-Economics. Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi respublikanın meşələrində qeyri-leqal yollarla meşə məhsullarının dövriyyəsinin qarşısının alınması, meşə qanunvericiliyinin günün tələblərinə uyğun yerinə yetirilməsi sahəsində meşə mühafizə xidmətinin iş və icra intizamını artırmaq məqsədilə komissiya yaradıb.
Nazirliyin mətbuat xidmətindən «APA-Economics»ə verilən məlumata görə, komissiyanın fəaliyyəti nəticəsində oktyabrın 11-də Şəki rayonu ərazisində qanunsuz daşınan 40 kubmetr həcmində hazır taxta materialı saxlanılıb. Araşdırma zamanı sözügedən taxta materiallarının Balakən rayonundan gətirildiyi məlum olub.
Faktla əlaqədar Balakən Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin fəaliyyəti Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən araşdırılıb. Yol verilən qanunsuzluqlara görə müəssisənin direktoru, iki meşəbəyi və üç meşə gözətçisi tutduqları vəzifədən azad edilib. Hazırda həmin şəxslər barəsində qanuna müvafiq tədbirlər görülür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR