Bank Of Baku

QHT-lərə Dövlət Dəstəyi Şurası maliyyələşdirdiyi layihələrin monitorinqini keçirir

QHT-lərə Dövlət Dəstəyi Şurası maliyyələşdirdiyi layihələrin monitorinqini keçirir
# 24 oktyabr 2008 13:35 (UTC +04:00)
Bakı. Ramil Məmmədli-APA. Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurası tərəfindən maliyyələşdirilən 190 layihədən indiyə qədər 64-nün monitorinqi aparılıb. Şuranın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, QHT-lər Şura tərəfindən maliyyələşdirilən layihələrin icrasına məsuliyyətlə yanaşır, nəzərdə tutulan tədbirlərin keçirilməsi üçün səy göstərirlər. İndiyə qədər 31 təşkilat artıq aralıq hesabatlarını Şuraya təqdim ediblər. Hesabatlar qurumun katibliyinin əməkdaşları tərəfindən araşdırılıb və nöqsanların aradan qaldırılması üçün müvafiq tövsiyələr verilib. Monitorinqlərin effektivliyinin artırılması üçün isə Şuranın qərarı ilə Müstəqil Elmi-Praktik Hüquq Mərkəzi və Beynəlxalq Avrasiya Mətbuat Fondu prosesə cəlb olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR