Bank Of Baku

Bakıda VIII beynəlxalq təhsil yarmarkası keçirilir

Bakıda VIII beynəlxalq təhsil yarmarkası keçirilir
# 24 oktyabr 2008 14:37 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva-APA. Bu gün Bakıda Bakı Təhsil Məlumat Mərkəzi (BTMM) və Amerika Təhsil Qrupunun təşkilatçılığı ilə VIII beynəlxalq təhsil yarmarkası keçirilir. APA-nın məlumatına görə, yarmarkanın məqsədi bütün maraq göstərən şəxsləri və təşkilatları bir yerdə toplayıb Azərbaycanın xaricdə təhsil almaq imkanları haqqında lazımi məlumatla təmin etməkdir. BTMM-nin direktoru Bahar Hacızadənin verdiyi məlumata görə, yarmarkada Birləşmiş Ştatların 20, Britaniyanın 2 ali təhsil müəssisəsi, Almaniya Təhsil Mərkəzi və Qazaxıstandakı Amerika Təhsil Mərkəzi iştirak edir. Təhsil müəssisələrinin nümayəndələri öz təhsil proqramları və fəaliyyətləri haqqında məlumat verərək yarmarka iştirakçılarını material və bukletlərlə təchiz edəcəklər. Tədbiri Amerika ölkəmizdəki səfirliyi dəstəkləyir maliyyə yardımını isə universitetlərin özləri edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR