Bank Of Baku

Azərbaycandan təhsil üçün xarici ölkələrə göndərilən tələbələrin sayı artırılacaq

Azərbaycandan təhsil üçün xarici ölkələrə göndərilən tələbələrin sayı artırılacaq
# 24 oktyabr 2008 14:46 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva - APA. Hazırda 15-ə yaxın ölkənin universitetlərində dövlət proqramı hesabına 200 nəfərdən artıq azərbaycanlı tələbə təhsil alır. Bunu APA-ya açıqlamasında təhsil nazirinin müavini Elmar Qasımov deyib. O bildirib ki, azərbaycanlı tələbələrin öz hesablarına təhsil aldıqları ölkə əsasən Türkiyə, dövlət proqramı hesabına təhsil aldıqları ölkələr isə Böyük Britaniya, ABŞ, Almaniya, Cənubi Koreya, Yaponiya, Belçika və Hollandiyadır: ”Bu il dövlət xətti ilə xarici ölkələrə 100 tələbə göndərilib. Gələn il bu kvota daha da artırılaraq 300-400 nəfərə çatdırılacaq”. Hazırda Azərbaycanın Amerika, Almaniya və Fransa ilə təhsil sahəsində ikitərəfli müqavilələri olduğunu söyləyən E. Qasımovun sözlərinə görə, Böyük Britaniya ilə də müqavilə bağlanması istiqamətində iş aparılır. O, xarici ölkələrdə ümumən 4 minə yaxın azərbaycanlı tələbənin təhsil aldığını, Azərbaycanda isə 7 minə qədər əcnəbi tələbənin oxuduğunu açıqlayıb: “1999-cu ildə Azərbaycanda təhsil alan xarici ölkə vətəndaşlarının sayı 1200 nəfər idi. Əcnəbi tələbələrin təmsil etdikləri ölkələrin coğrafiyası da genişlənib. 7-8 il əvvəl xarici tələbələr Azərbaycanda 20 ölkəni təmsil edirdilərsə, indi bu ölkələrin sayı 50-yə çatıb. Bunlar əsasən Türkiyə, İran, Çin, Pakistan, ərəb ölkələri və MDB respublikalarıdır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR