Bank Of Baku

1700-dən çox Azərbaycan tələbəsi ABŞ-da təhsil alıb

1700-dən çox Azərbaycan tələbəsi ABŞ-da təhsil alıb
# 25 oktyabr 2008 08:11 (UTC +04:00)
Bakı. Viktoriya Dementeva-APA. “Son 15 il ərzində ABŞ-ın qəbul etdiyi bir çox təhsil proqramları üzrə Azərbaycan tələbələri və məktəbliləri ABŞ-da təhsillərini davam etdirə bilirlər”. APA-nın xəbərinə görə, bu barədə ABŞ-ın Azərbaycandakı səfiri Enn Dersi Bakıda keçirilən Amerika təhsil yarmarkasında bildirib. Səfir deyib ki, bu proqramlar sırasında FLEX, Muskie, U-Grad, Fulbright və başqaları var. Enn Dersi qeyd edib ki, proqramlar üzrə 1700-dən çox Azərbaycan tələbəsi ABŞ-da təhsil alıb: “Gələcəkdə bu rəqəm artacaq. Təhsil sərmayədir. Bu sahəyə yatırılan sərmayələr xalqın gələcəyini təmin edir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR