Bank Of Baku

Şərurda keçirilən əmək yarmarkasında 43 nəfər işlə təmin olunub

Şərurda  keçirilən əmək yarmarkasında 43 nəfər işlə təmin olunub
# 25 oktyabr 2008 08:29 (UTC +04:00)
Naxçıvan. C. Qurbanoğlu-APA Naxçıvan Muxtar Respublikasının (MR) Şərur rayonunda növbəti əmək yarmarkası keçirilib. Naxçıvan MR Məşğulluq İdarəsinin rəisi Sevindik Vəliyevin APA-nın yerli bürosuna verdiyi məlumata görə, yarmarkada vətəndaşlara 24 müəssisə və təşkilatdan 220 boş iş yeri təqdim olunub. Vakant yerlər təqdim edən müəssisələrdən 15-i özəl, 9-u dövlət təşkilatı olub. Yarmarkanın keçirildiyi müddətdə 43 nəfər daimi işlə təmin olunub, 6 nəfər kvota yerinə göndərilib.
Qeyd edək ki, növbəti mərhələdə şəhər və rayon məşğulluq mərkəzlərinin xətti ilə keçirilən belə yarmarkalar noyabr ayının ortalarınadək regionun bütün bölgələrini əhatə edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR