Bank Of Baku

Naxçıvanın vergi orqanlarında vakant işləri yerləri üzrə müsabiqə elan edilib

Naxçıvanın vergi orqanlarında vakant işləri yerləri üzrə müsabiqə elan edilib
# 25 oktyabr 2008 08:42 (UTC +04:00)
Naxçıvan. C. Qurbanoğlu-APA Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyi dövlət vergi orqanlarında mövcud 27 vakant yerə işə qəbul üçün müsabiqə elan edib. Nazirlikdən APA-nın yerli bürosuna verilən məlumata görə sənəd qəbulu dekabrın 1-dək aparılacaq. Sənəd qəbulunda yaşı 35-dən aşağı olan, ali təhsilli, hərbi xidmətdə olmuş, cinayət məsuliyyətinə cəlb olunmayan, iqtisadiyyat, hüquq, idarəetmə, informatika və beynəlxalq münasibətlər ixtisas sahələrindən ən azı birinə malik olan Azərbaycan vətəndaşları iştirak edə bilərlər.
Qeyd edək ki, müsabiqə qalibləri Naxçıvan MR Vergilər Nazirliyində 5, muxtar respublikanın Naxçıvan şəhəri və 7 rayonunun vergilər şöbələrində 22 vakant vəzifəyə təyin olunacaq. Boş iş yerlərinin sayının müsabiqənin sonuna qədər dəyişməsi də istisna edilmir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR