Bank Of Baku

“Milli qanunvericilikdə reproduktiv sağlamlıq” mövzusunda ictimai müzakirə keçirilib

“Milli qanunvericilikdə reproduktiv sağlamlıq” mövzusunda ictimai müzakirə keçirilib
# 25 oktyabr 2008 09:36 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Azərbaycan Milli Məclisinin Sosial siyasət daimi Komissiyasının təşəbbüsü və BMT-nin Əhali Fondunun, Avropa Şurasının, Avropa Parlamentlərarası Forumunun dəstəyi ilə Cənubi Qafqazda Gənclər üçün Reproduktiv Sağlamlıq Təşəbbüsü layihəsi çərçivəsində “Milli qanunvericilikdə reproduktiv sağlamlıq” mövzusunda ictimai müzakirə keçirilib. APA-nın məlumatına görə, müzakirələrdə Milli Məclisin deputatları, aidiyyəti nazirliklərin, komitələrin və strukturların nümayəndələri, qeyri-hökumət təşkilatlarının və beynəlxalq qurumların təmsilçiləri iştirak ediblər. Tədbirdə Milli Məclisin sədr müavini Bahar Muradova çıxış edərək, reproduktiv sağlamlığın qorunmasının zəruriliyi, bu sahədə həyata keçirilən işlər və qarşıda duran vəzifələr, həmin vəzifələrin qanunvericilik qaydasında həllinin vacibliyi barədə danışıb.

Milli Məclisin üzvü Məlahət Həsənova “Milli qanunvericilikdə reproduktiv sağlamlıq” mövzusunda məruzə ilə çıxış edib. M. Həsənova bildirib ki, əhalinin sağlamlığının, o cümlədən reproduktiv sağlamlığın qorunması tibbi məsələ olmaqla yanaşı, eyni zamanda hüquqi vasitələrlə tənzimlənməsi zəruri olan dövlətin sosial siyasətinin tərkib hissələrindən biridir. Reproduktiv sağlamlıq haqqında qanunun qəbul edilməsi, eyni zamanda ölkəmizin beynəlxalq təşkilatlar qarşısında olan öhdəliklərin yerinə yetirilməsi hesab olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR