Bank Of Baku

Dövlət qulluqçusu olmaq istəyən namizədlər üçün test imtahanı noyabrın 9-da keçiriləcək

Dövlət qulluqçusu olmaq istəyən namizədlər üçün  test imtahanı noyabrın 9-da keçiriləcək
# 25 oktyabr 2008 10:12 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva-APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) noyabrın 9-da Azərbaycan Respublikası Prezidenti Yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sifarişi ilə imtahan keçirəcək. TQDK-nın imtahanın təşkili şöbəsinin müdiri Arzu Bağırovun APA-ya verdiyi məlumata görə, artıq komissiyada ərizələrin qəbulu başa çatıb. İlkin məlumata görə, dövlət qulluqçusu olmaq üçün 2300-dən çox namizəd sənəd verib. Vakant dövlət qulluğu vəzifələrinin sayı isə 800-dən yuxarıdır. Noyabrın 9-da, həmçinin Vergilər Nazirliyində işləmək istəyən namizədlər üçün də test imtahanı keçiriləcək. Vergilər Nazirliyinə keçiriləcək imtahanda 800-dən çox namizədin iştirakı gözlənilir. İmtahanların keçirilməsi üçün Bakı Dövlət, Texniki, İnşaat və Beynəlxalq universitetlərin binalarının ayrıldığını deyən A. Bağırovun sözlərinə görə, hazırda Xarici İşlər Nazirliyində (XİN) işləmək istəyən namizədlərin də sənədlərinin qəbulu prosesi gedir. XİN-də işləmək istəyən namizədlər üçün test imtahanının noyabrın 22-də keçiriləcəyi gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR