Bank Of Baku

Azərbaycanda pensiyaçı və sığortaolunanlar üçün vahid məlumat bazası yaradılır

Azərbaycanda pensiyaçı və sığortaolunanlar üçün vahid məlumat bazası yaradılır
# 27 oktyabr 2008 09:59 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA-Economics. Azərbaycan Dövlət Sosial Müdafiə Fondu (DSMF) pensiyaçı və sığortaolunanların özlərinə aid məlumatları İnternet vasitəsilə əldə edə bilməsi üçün ümumi məlumat bazası yaradacaq.
Fondun ictimaiyyətlə əlaqələr sektorundan «APA-Economics»ə verilən məlumata görə, artıq məlumat bazasının yaradılması məqsədi ilə genişmiqyaslı tədbirlərin həyata keçirilməsinə başlanılıb.
Bundan başqa, hazırda pensiya-sığorta islahatlarının növbəti mərhələsini təşkil edəcək sığorta prinsiplərinin daha da gücləndirilməsi, sistemin gələcək maliyyə dayanıqlığının təmin edilməsi üçün aktuar hesablamaların aparılması, pensiya təyinatının avtomatlaşdırılması, əhaliyə ödənişlərin avtomatlaşdırılmasının başa çatdırılması, Fondun mərkəzi məlumat bazası ilə yerli şəbəkələrin birləşdirilməsi və korporativ idarəetmə sisteminin qurulması istiqamətində də iş aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR