Bank Of Baku

Bakıda neftlə çirklənmiş torpaqların bərpası mövzusuna həsr olunmuş konfrans keçirilir

Bakıda neftlə çirklənmiş torpaqların bərpası mövzusuna həsr olunmuş konfrans keçirilir
# 03 noyabr 2008 10:46 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Bu gün Bakıda Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) Ekologiya İdarəsinin təşkilatçılığı ilə «Çirklənmiş torpaqların bərpası: təklif olunan üsullar» mövzusunda konfrans işə başlayıb.
«APA-Economics»in məlumatına görə, tədbirdə çıxış edən ARDNŞ-in ekologiya üzrə vitse-prezidenti Muxtar Babayev Dövlət Neft Şirkətinin ekoloji siyasəti haqqında ətraflı məlumat verib. M.Babayevin sözlərinə görə, ekoloji sahədə ölkədə gedən proseslər daim maraq cəlb edir. Buna görə də ARDNŞ-in həmin sahədə gördüyü işlər haqqında ictimaiyyətə məlumatların çatdırılması, əlavə fikir və təkliflərin təhlilinə zərurət yaranır: «Artıq ARDNŞ 1,5 ildir ki, neftlə çirklənmiş torpaqların təmizlənməsi işlərinə başlayıb. Hesab edirəm ki, bu sahədə bizim təcrübəmizi yüksək qiymətləndirmək olmaz və bizim üçün bu sahədə çalışan dövlət orqanları və qeyri-hökumət təşkilatlarının fikir və təklifləri maraqlıdır».
M.Babayev bildirib ki, neftlə çirklənmiş ərazilərdə çirklənmənin tərkibi müxtəlifliyi ilə seçilir: «Hər hansı bir üsulla, yəni bir metodla bu torpaqların neftdən təmizlənməsi qeyri-mümkündür. Burada hər obyekt və yataqlar üzrə yeni üsullar seçilməli, monitorinqlər aparılmalıdır. Abşeron yarımadasında neftlə ən çox çirklənmə «Binəqədi», «Balaxanı», «Z.Tağıyev» və «F.Əmirov» Neft-Qaz Çıxarma İdarələrində qeydə alınıb».
Tədbirdə həmçinin ARDNŞ-in Ekologiya İdarəsinin rəisi Azər Əliyev çıxış edib və Dövlət Neft Şirkətinin həyata keçirdiyi ekoloji layihələrdən, eyni zamanda neftlə çirklənmiş torpaqların təmizlənməsində istifadə edilən texnologiyalardan danışıb.
Qeyd edək ki, konfrans sabah yekunlaşacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR