Bank Of Baku

Azərbaycan Daxili İşlər Nazirliyi qadınların xidmətə qəbulu ilə bağlı müsabiqə elan edib

Azərbaycan Daxili İşlər Nazirliyi qadınların xidmətə qəbulu ilə bağlı müsabiqə elan edib
# 03 noyabr 2008 12:21 (UTC +04:00)
Bakı - APA. Azərbaycan Daxili İşlər Nazirliyi (DİN) sıravi və kiçik rəis heyəti vəzifələrində xidmətə qəbul ilə əlaqədar müsabiqə elan edib. DİN-in mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, müsabiqədə informasiya texnologiyaları və sistemləri ilə işləməyi bacaran, bu sahədə orta (xüsusi kursları bitirmiş), orta ixtisas və ali təhsilə malik 18-25 yaş həddində olan qadınlar iştirak edə bilərlər.

Xidmətə qəbul üçün şəxsiyyət vəsiqəsi, təhsil haqqında sənəd və əmək kitabçası (olduqda) tələb olunur.

Namizədlərin bilik səviyyəsinin yoxlanılması məqsədilə onların kompüterdə işləmək bacarığı nəzəri və praktiki baxımdan, habelə daxili işlər orqanları əməkdaşları üçün müəyyən olunmuş normativlər üzrə sağlamlıq vəziyyəti, boy həddi (160 sm-dən aşağı olmamalı) və fiziki hazırlığı müvafiq komissiyalar tərəfindən yoxlanılacaq.

Müsabiqə üçün sənədlər DİN-in inzibati binasında noyabrın 4-dən 30-dək (bazar günləri istisna olmaqla) saat 10.00 17.00-dək qəbul edilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR