Bank Of Baku

Azərbaycanda 1,46 mln. nəfər sığortaolunanın fərdi uçot sistemində şəxsi hesabı var

Azərbaycanda 1,46 mln. nəfər sığortaolunanın fərdi uçot sistemində şəxsi hesabı var
# 04 noyabr 2008 09:05 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA-Economics. Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun (DSMF) fərdi uçot sistemində fərdi şəxsi hesabı olan sığortaolunanların sayı 1 459 787 nəfərə çatıb.
Fondun ictimaiyyətlə əlaqələr sektorunun müdiri Elman Babayevin «APA-Economics»ə verdiyi məlumata görə, fərdi şəxsi hesabı olanlar arasında 40-50 yaş aralığında sığortaolunanlar daha çoxdur. Qeyd edilən yaş kateqoriyasına aid olan sığortaolunanların sayı 420 452 nəfərdir. Bundan başqa, 30 yaşa kimi sığortaolunan vətəndaşların sayı 351 030 nəfər, 30-40 yaşında olan sığortaolunanların sayı 330 435 nəfər, 50-60 yaş - 257 572 nəfər, 60 yaşdan yuxarı olan sığortaolunanların sayı isə 100 298 nəfər olub.
Qeyd edək ki, 2006-cı ilin yanvarın 1-dən tətbiq edilən «Əmək pensiyaları haqqında» qanunu əsasında əmək pensiyaları fərdi hesaba toplanan pensiya kapitalına uyğun hesablanır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR