Bank Of Baku

Ötən ay Azərbaycanın 1 182 101 kv/m ərazisi mina və partlamamış hərbi sursatdan təmizləyib

Ötən ay Azərbaycanın 1 182 101 kv/m ərazisi mina və partlamamış hərbi sursatdan təmizləyib
# 04 noyabr 2008 09:10 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA. Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən cari ilin oktyabr ayı ərzində 1 182 101 kv/m ərazi yoxlanılaraq, mina və partlamamış hərbi sursatdan (PHS) təmizlənib. ANAMA-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, nəticədə 18 410 PHS və mina aşkar edilərək zərərsizləşdirilib. Əməliyyatlarda 339 nəfər, həmçinin 5 mexaniki minatəmizləmə maşını və 30 minaaxtaran it iştirak edib.
İndiyədək ANAMA tərəfindən 76 292 045 kv/m ərazi təmizlənib. Tapılıb zərərsizləşdirilmiş mina və PHS-lərin sayı 362 342 olub.

Oktyabr ayı ərzində bir mina/PHS hadisəsi qeydə alınıb. Oktyabrın 3-də Xocavənd rayonunun Qaradağlı kəndinə yaxın Fizuli ərazisində Saatlı rayon sakini Yaqub Hüseynov traktorla yeri şumlayarkən tank əleyhinə minaya düşüb. Nəticədə traktor tam sıradan çıxıb, traktorçu isə partlayış zamanı ağır xəsarət alıb.

Qeyd edək ki, 2001-ci ilin sentyabrından müxtəlif mənbələrə istinadən ANAMA tərəfindən aparılan statistikaya görə, 102 hadisədə 57 nəfər həlak olub, 138 nəfər müxtəlif dərəcəli xəsarət alıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR