Bank Of Baku

Geologiya İnstitutunda “Hövzə Modelləşdirmə Mərkəzi” yaradılıb

Geologiya İnstitutunda “Hövzə Modelləşdirmə Mərkəzi” yaradılıb
# 04 noyabr 2008 09:53 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva-APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Geologiya İnstitutunda bp Şirkətinin dəstəyi ilə “Hövzə Modelləşdirmə Mərkəzi” yaradılıb. APA-nın məlumatına görə, institutun direktoru, AMEA-nın vitse-prezidenti Akif Əlizadə bildirib ki, mərkəz Cənubi Xəzər hövzəsinin neft-qazlılıq baxımından çətin öyrənilmiş ərazilərində geoloji modelləşdirməklə məşğul olacaq. Hövzə ilə bağlı indiyədək aparılan tədqiqatların nəticələri yeni mərkəzdə kompüterlərə köçürüləcək və məlumat bazası yaradılacaq. Fransa və Böyük Britaniya məhsulu olan “GOCAD”, “TEMİS2D/3 D” və “MPath” proqramlarının vasitəsi ilə Cənubi Xəzər hövzəsinin modelləri tərtib ediləcək, neft-qaz axtarışının səmənililiyini artırmaq imkanı yaranacaq. Yeni mərkəzin əsas üstünlüklərindən biri odur ki, gələcəkdə hər hansı bir ərazinin neft-qazlı olub-olmamasını müəyyən etmək üçün yerin üç ölçülü modellərinin tərtibi nəzərdə tutulur.
bp şirkətinin kəşfiyyat üzrə meneceri Qreqari Rayli isə bildirib ki, bu layihə Xəzər hövzəsində geoloji struktur barədə daha çox məlumat əldə etmək üçün lazımlı olan layihədir. “Xəzər hövzəsi geoloji baxımdan çox nadir hövzədir. Çox şadıq ki, bu hövzə ilə bağlı daha çox məlumatlar əldə edə biləcəyik”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR