Bank Of Baku

QHT-lərə Dövlət Dəstəyi Şurasının “Vətəndaş cəmiyyəti” jurnalının təqdimatı keçirilib

QHT-lərə Dövlət Dəstəyi Şurasının “Vətəndaş cəmiyyəti” jurnalının təqdimatı keçirilib
# 04 noyabr 2008 10:27 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Bu gün Prezident yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının orqanı olan “Vətəndaş cəmiyyəti” jurnalının təqdimatı keçirilib. APA-nın məlumatına görə, jurnalın baş redaktoru Səfər Alışarlı bildirib ki, nəşr elmi-nəzəri, metodoloji mətbuat orqanı kimi cəmiyyətin ictimai inkişafının cari və fundamental məsələlərini araşdıracaq. Onun sözlərinə görə, dərgidə dövlətin ictimai sektorla bağlı siyasətinin təbliğinə də yer veriləcək. S. Alışarlı 2009-cu ildən jurnalın aylıq nəşr olunacağına və daha çox tirajla buraxılacağına ümid etdiklərini də söyləyib. Şuranın sədri Azay Quliyev ölkədə son illər QHT sektoruna göstərilən diqqətdən danışıb. A. Quliyev şuranın fəaliyyət istiqamətlərində yeniliklər olacağını və bununla bağlı zəruri işlərin görüldüyün də qeyd edib. Təqdimatda çıxış edən şura üzvləri və QHT nümayəndələri yeni nəşrin əhəmiyyətindən və vətəndaş cəmiyyətinin inkişafına verəcəyi töhfədən danışıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR