Bank Of Baku

Azay Quliyev: “QHT-lərə Dövlət Dəstəyi Şurasında regionlarla bağlı ayrıca kvota ayrıla bilər”

Azay Quliyev: “QHT-lərə Dövlət Dəstəyi Şurasında regionlarla bağlı ayrıca kvota ayrıla bilər”
# 04 noyabr 2008 11:26 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. “Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasında gələn il keçiriləcək maliyyə müsabiqəsində regionlarla bağlı ayrıca kvota ayrıla bilər”. APA-nın məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında şuranın sədri Azay Quliyev deyib. Onun sözlərinə görə, şura bölgələrdə fəaliyyət göstərən təşkilatların inkişafında daha çox maraqlıdır: “Şura yeni yaranan, hətta qeydiyyatdan keçməyən QHT-lərə də müxtəlif istiqamətlərdə yardım göstərəcək. Bu əsasən təşkilatlanma, qeydiyyat probleminin aradan qaldırılması, hökumətlə münasibətlərin qurulması, qurumun menecmentliyinin qurulması istiqamətlərini əhatə edəcək. Bu işlər təkcə Bakıda yox, regionlarda da aparılacaq. Çünki paytaxtla regionlar arasında vətəndaş cəmiyyətinin inkişafı ilə bağlı çox uyğunsuzluq var. Bu uyğunsuzluğu aradan qaldırmaq üçün şura regionlarda fəaliyyət göstərən QHT-lərə xüsusi diqqət ayıracaq”. A. Quliyev ayrıca kvotanın ayrılmasının səbəblərinə də aydınlıq gətirib: “Paytaxtda və regionda fəaliyyət göstərən QHT-lər eyni şəraitdə müsabiqəyə qatılsalar da, onların imkanları – təcrübəsi, bilik və bacarığı bərabər olmadığından çox hallarda region bu təşkilatlar müsabiqənin qalibi ola bilmirlər. Bu məsələlər bizim diqqətimizdən yayınmır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR