Bank Of Baku

Azərbaycanın cənub rayonlarında təbiətə vurulmuş ziyana görə 34 min manatlıq iddia qaldırılıb

Azərbaycanın cənub rayonlarında təbiətə vurulmuş ziyana görə 34 min manatlıq iddia qaldırılıb
# 04 noyabr 2008 11:28 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA-Economics. Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsi 2008-ci ilin yanvar-sentyabr ayları ərzində inzibati ərazidə (Masallı, Lənkəran, Lerik, Cəlilabad, Biləsuvar, Astara, Yardımlı) keçirdiyi yoxlamalar zamanı 321 akt və 49 inzibati protokol tərtib edib.
Nazirliyin mətbuat xidmətindən «APA-Economics»ə verilən məlumata görə, meşə mühafizəsi sahəsində təbiətə vurulmuş ziyana görə 179 iş üzrə 28,751 min manat məbləğində iddia qaldırılıb. Bunun 9,392 manatının ödənilməsi təmin edilib. Aşkar olunmuş qanun pozuntularına görə təqsirkar şəxslər barəsində inzibati qaydada 8 iş üzrə 5,72 min manat məbləğində cərimə tətbiq olunub. Xidməti ərazidə 528,96 kubmetr odun, 73 kubmetr çırpı, 88,4 kubmetri işlik meşə materialı və 6,1 ton kömür qanunsuz daşınıb. Bundan 10 kubmetr odun, 78,2 kubmetr işlik meşə materialı və 945 kq kömür müsadirə olunub.
Hüquq-mühafizə orqanlarına göndərilmiş 2 işlə əlaqədar hesablanmış ziyanın ümumi məbləği 7,1 min manat, məhkəmələrə təqdim edilmiş 11 iddia ərizəsi ilə qaldırılmış iddiaların ümumi məbləği isə 2,377 min manat təşkil edib.
Ümumilikdə, 2008-ci ilin ötən müddəti ərzində təbiətə vurulmuş ziyana görə 283 iş üzrə 33,895 min manat məbləğində iddia qaldırılıb. Bunun 12,505 min manatının ödənilməsi təmin edilib. Aşkar edilmiş qanun pozuntularına görə 40 iş üzrə təqsirkar şəxslər barəsində inzibati qaydada 46,17 min manat məbləğində cərimə tətbiq edilib. Xidməti ərazidə 529 kubmetr odun, 73 kubmetr çırpı, 88,4 kubmetr işlik meşə materialı və 6,1 ton kömür qanunsuz daşındığı üçün sənədləşdirilib.
Hüquq-mühafizə orqanlarına göndərilmiş 2 işlə əlaqədar hesablanmış ziyanın ümumi məbləği 7,1 min, məhkəmələrə təqdim edilmiş 12 iddia ərizəsi ilə qaldırılmış iddiaların ümumi məbləği isə 2,426 min manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR