Bank Of Baku

AMEA-nın İnformasiya Texnologiyaları İnstitutu “Elektron elm” layihəsi hazırlayıb

AMEA-nın İnformasiya Texnologiyaları İnstitutu “Elektron elm” layihəsi hazırlayıb
# 04 noyabr 2008 11:35 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva-APA. Hazırda Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) hər 4 işçiyə 1 kompüter düşür. Bu barədə APA-ya AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun direktoru Rasim Əliquliyev bildirib. Hazırda ölkə üzrə hər 10 nəfərə 1 kompüter düşdüyünü xatırladan R. Əliquliyevin sözlərinə görə, AMEA-nın müxtəlif institutlarında 2000 kompüter işləyir. AMEA-nın İKT ilə daha yaxşı təchiz edilməsi üçün isə institut “Elektron elm” layihəsi hazırlayıb. Yaxın günlərdə layihə AMEA-nın rəhbərliyinə təqdim olunacaq. R. Əliquliyev bildirib ki, layihə reallaşacağı təqdirdə elmi tədqiqat institutlarının, gənc alimlərin informasiya texnologiyaları ilə təminatı daha da yaxşılaşacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR