Bank Of Baku

Azay Quliyev: “Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının diaspora təşkilatlarının fəaliyyətini maliyyələşdirməsi məsələsi gündəmə gəlib”

Azay Quliyev: “Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının diaspora təşkilatlarının fəaliyyətini maliyyələşdirməsi məsələsi gündəmə gəlib”
# 04 noyabr 2008 11:38 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. “Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasında diaspora təşkilatlarının və xaricdə Azərbaycanın ümummilli maraqlarına uyğun fəaliyyət göstərən təşkilatların maliyyələşməsi məsələsi gündəmə gəlib”. APA-nın məlumatına görə, bu sözləri jurnalistlərə açıqlamasında şuranın sədri Azay Quliyev deyib. O, bu məsələ ilə bağlı təkliflər paketinin hazırlandığını da açıqlayıb: “Şuranın hazırkı Əsasnaməsinə görə, biz yalnız ölkədə fəaliyyət göstərən QHT-ləri maliyyələşdirə bilərik. Amma ümid edirəm ki, şuranın həm də milli maraqlarımıza xidmət edən və xaricdə fəaliyyət göstərən qurumları da maliyyələşdirə bilməsi təklifimiz qəbul olunacaq. Çünki elə məsələlər var ki, bu mütləq şəkildə xaricdə fəaliyyət göstərən ictimai təşkilatlar tərəfindən həyata keçirilmədir. Dövlət bunu birbaşa edə bilməz”. A. Quliyev şuraya təqdim olunan layihələrin keyfiyyəti, səviyyəsi və istiqamətləri barədə də danışıb: “Bu il şuraya 365 layihə təqdim olunub, onlardan 191-i müsabiqədən keçib. Burada çox maraqlı və yenilikçi ideyaları olan layihələr olub. Ancaq bu, bizim gözlədiyimiz sayda olmayıb. Təəssüf ki, vətənpərvərlik, ölkəmizin dünyaya inteqrasiyası və ümumən ölkənin ümummilli məsələləri ilə bağlı təqdim olunan layihələrin sayı, o cümlədən keyfiyyəti bizim qane etmədi”. A. Quliyev deyib ki, layihə qəbulu üzrə müsabiqənin 15 istiqamətdən 5-i ümummilli problemlərlə bağlı olub: “QHT-lər başa düşməlidirlər ki, dövlət maliyyəni elə-belə vermir. Vətəndaş cəmiyyətinin qurulması və ümummilli problemlərlə bağlı bizdən konkret iş tələb edir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR