Bank Of Baku

Gələn həftə Dünya Bankının ekoloji missiyası Azərbaycana gələcək

Gələn həftə Dünya Bankının ekoloji missiyası Azərbaycana gələcək
# 04 noyabr 2008 12:05 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin noyabr ayının 10-da Dünya Bankının (DB) ekoloji missiyası Azərbaycana səfər edəcək. Bu barədə «APA-Economics»ə DB-nın Bakı ofisindən məlumat verilib.
«Noyabrın ortalarınadək davam edəcək səfərin məqsədi Azərbaycanda həyata keçirilən «Abşeron yarımadasında neftlə çirklənmiş ərazilərin təmizlənməsi Layihəsi»nin gedişi ilə tanış olmaqdır», - deyə DB-nın Bakı ofisindən bildirilib.
Ofisdən həmçinin qeyd olunub ki, hazırda missiyaya kimin başçılıq edəcəyi müəyyənləşdirilir. Səfər çərçivəsində missiyanın nümayəndələri layihəyə dair Azərbaycanın müvafiq qurumlarında görüşlər keçirəcək.
Qeyd edək ki, «Abşeron yarımadasında neftlə çirklənmiş ərazilərin təmizlənməsi Layihəsi» bu ilin iyun ayında DB-nın Direktorlar Şurası tərəfindən təsdiqlənib.
Üç mərhələdən ibarət olan layihədə DB Fövqəladə Hallar Nazirliyinə radioaktiv tullantıların təmizlənməsi üçün 74 mln. ABŞ dolları, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə (ARDNŞ) 1 000 hektar ərazinin təmizlənməsi və avadanlıqların alınmasına 60 mln. dollar və məişət tullantıların idarə edilməsi sahəsində yardıma 29,5 mln. dollar ayıracaq. Kreditin yarı hissəsi Beynəlxalq İnkişaf Assosiasiyası (IDA – DB Qrupunun üzvü), yarısı isə Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı (IBRD – DB Qrupunun üzvü) tərəfindən ayrılacaq.
Xatırladaq ki, Abşeron yarımadasının neftlə çirklənmiş hissəsi 33,3 min hektar təşkil edir və bunun 15 min hektarı ARDNŞ-in balansındadır. Torpaqların təmizlənməsinə və rekultivasiyasına ARDNŞ tərəfindən artıq 63 mln. manat, Azərbaycan büdcəsindən isə 18,5 mln. manat ayrılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR