Bank Of Baku

Lənkəranda Qarabağ əlilləri və şəhid ailələri üçün yeni yaşayış binası istifadəyə verilib

Lənkəranda Qarabağ əlilləri və şəhid ailələri üçün yeni yaşayış binası istifadəyə verilib
# 05 noyabr 2008 03:24 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev-APA. Lənkəran şəhərində şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün 24 mənzilli, üçmərtəbəli yaşayış binasının açılışı olub. APA-nın cənub bürosunun məlumatına görə, yerli ictimaiyyətin nümayəndələrinin, rayonun idarə, müəssisə və təşkilat rəhbərlərinin, əmək və müharibə veteranlarının, Qarabağ əlilləri və şəhid ailələrinin iştirak etdiyi mərasimdə Lənkəran şəhər İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov çıxış edib. İcra başçısı ölkə əhalisinin imtiyazlı təbəqələrinin yeni mənzillərlə təmin olunmasını dövlətin həyata keçirdiyi uğurlu siyasətin nümunəsi kimi dəyərləndirib. Mərasimin sonunda yeni mənzillərin order və açarları təqdim olunub, mənzil sahiblərinə prezident İlham Əliyevin adından məişət əşyaları, o cümlədən televizor, soyuducu, qaz plitəsi və mətbəx mebeli hədiyyə edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR