Bank Of Baku

«Partlamamış hərbi sursatların ləğvi üzrə Saloğlu layihəsi»nin ikinci fazası çərçivəsində 76 124 ədəd partlamamış hərbi sursat tapılıb

«Partlamamış hərbi sursatların ləğvi üzrə Saloğlu layihəsi»nin ikinci fazası çərçivəsində 76 124 ədəd partlamamış hərbi sursat tapılıb
# 04 noyabr 2008 14:01 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA. «Partlamamış hərbi sursatların ləğvi üzrə Saloğlu layihəsi»nin 2007-ci ilin iyun ayından başlanmış ikinci fazası çərçivəsində 962 959 kvadratmetr sahədə yerüstü və yeraltı (30 sm dərinlikdə) təmizləmə işləri aparılıb. Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) APA-ya verilən məlumata görə, nəticədə ərazidən 76 124 ədəd partlamamış hərbi sursat (PHS) tapılıb. Bu mərhələ çərçivəsində ümumilikdə birinci fazadan qalma sursatlarla birlikdə 154 248 ədəd PHS partladılaraq zərərsizləşdirilib.

Qeyd edək ki, «Saloğlu layihəsi»nin 2006-cı ilin yanvarından 2007-ci ilin inununadək davam etmiş birinci fazasında təmizlənmiş 5 457 309 kvadratmetr ərazidən 75 164 PHS tapılıb. Bunun da 20 204-ü ağ fosfor tərkibli sursatlar olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR