Bank Of Baku

Şahbuzda əmək yarmarkası keçirilib

Şahbuzda əmək yarmarkası keçirilib
# 04 noyabr 2008 15:25 (UTC +04:00)
Naxçıvan. C. Qurbanoğlu-APA Naxçıvan Muxtar Respublikasının (MR) Şahbuz rayonunda növbəti əmək yarmarkası keçirilib. Naxçıvan MR Məşğulluq İdarəsinin rəisi Sevindik Vəliyevin APA-nın yerli bürosuna verdiyi məlumata görə, yarmarkada vətəndaşlara 9 müəssisə və təşkilatdan 79 boş iş yeri təqdim olunub. Gün ərzində 22 nəfər daimi işlə təmin olunub, 2 nəfər kvota yerinə göndərilib. S. Vəliyev bildirib ki, şəhər və rayon məşğulluq mərkəzlərinin xətti ilə oktyabr-noyabr aylarında keçirilən yarmarkalarda 200-dən artıq vətəndaş daimi işlə təmin olunub. Növbəti yarmarkalar noyabrın 7-də Culfa rayonunda, ilin sonuncu yarmarkası isə noyabrın 11-də Naxçıvan şəhərində təşkil olunacaq.
Qeyd edək ki, 2008-ci ilin 9 ayında 2351 nəfər iş axtaran şəxs qeydiyyata alınıb, onlardan 1722 nəfər işlə təmin edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR