Bank Of Baku

Bakıda «Tvinninq Layihəsinin həyata keçirilməsi» mövzusunda seminar keçirilir

Bakıda «Tvinninq Layihəsinin həyata keçirilməsi» mövzusunda seminar keçirilir
# 06 noyabr 2008 11:44 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Bakıda «Tvinninq Layihəsinin həyata keçirilməsi» mövzusunda seminar işə başlayıb.
«APA-Economics»in məlumatına görə, iki gün davam edəcək tədbirin açılış mərasimində çıxış edən Azərbaycan İqtisadi İnkişaf Nazirliyi xarici investisiyalar və texniki yardımların əlaqələndirilməsi şöbəsinin müdiri, Tvinninq layihələrinin idarə olunması qurumunun müdiri Əsgər Ələkbərov qeyd edib ki, seminarın keçirilməsində əsas məqsəd Tvinninq layihələrinin hazırlanması, qiymətləndirilməsi və həyata keçirilməsi məsələlərini müzakirə etməkdir.
«Tvinninq layihələri ən böyük nailiyyətləri Mərakeşdə əldə edib ki, məhz bu ölkənin təcrübəsindən Azərbaycan çox şey öyrənə bilər. Bu ayın axırında Tvinninq proqramı çərçivəsində korrupsiyaya qarşı mübarizə layihəsi üzrə tender keçiriləcək ki, ümumiyyətlə Azərbaycanda bu problemlə bağlı çox ciddi işlər aparılır», - deyə Ə.Ələkbərov bildirib.
Seminarda iştirak edən Azərbaycan Milli Məclisi Aparatının rəhbəri Səfa Mirzəyev qeyd edib ki, Tvinninq proqramı çərçivəsində artıq icra orqanları ilə yanaşı qanunvericilik və məhkəmə orqanları ilə də əməkdaşlıq qurulur ki, bu da, çox müsbət haldır.
Seminarda həmçinin Azərbaycan Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi, Avropa İttifaqının məsləhətçiləri, Mərakeş və Avropa İttifaqı arasında Əməkdaşlıq Sazişinə dəstək üzrə Proqramın İdarəetmə Qurumu, habelə Azərbaycanın bir sıra digər dövlət qurumlarının nümayəndələri də iştirak ediblər.
Qeyd edək ki, Tvinninq Proqramı Avropa İttifaqı ölkələrinin dövlət qurumları və onların Azərbaycandakı tərəfdaşları arasında birbaşa əməkdaşlığı nəzərdə tutur. Tvinninq Proqramı 1998-ci ildə Avropa Komissiyası tərəfindən Mərkəzi və Şərqi Avropanın Aİ-yə yeni üzv olan ölkələrinin «Community acquis», yəni qanunvericilik toplusu ilə uyğunlaşmasına yardım etmək məqsədilə tətbiq edilib.
Azərbaycanda Tvinninq Proqramının icrasına 2004-cü ildə başlanılıb. Hazırda Tvinninq layihələri Avropa İttifaqının Avropa Qonşuluq Siyasətini həyata keçirməyə razılıq vermiş ölkələrdə (Aralıq dənizi ölkələri, Ukaryna, Moldova və Cənbi Qafqaz respublikaları) tətbiq olunmağa başlanılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR